Rusiya ordusu Ukraynanın yaşayış məntəqələrinin mülki infrastrukturunu atəşə tutmaqda davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Məlumatda qeyd olunub ki, Ukrayna ordusu rus qoşunlarının qarşısını almaqda davam edir:
“Ukrayna hərbçiləri düşmənin Slavyansk şəhəri istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmaq cəhdlərinin qarşısını uğurla alır. İşğalçılar növbəti hücum əməliyyatlarına hazırlaşırlar. Düşmən Adamovka, Dolyna və Tatyanovka ərazilərində mülki infrastrukturu atəşə tutub. Slavyanska hava zərbəsi endirilib. Ukrayna əsgərləri Dolgenkie qəsəbəsi ərazisində döyüş əməliyyatları aparır”.