Škoda Rusiyadakı fəaliyyətini dayandırıb

Çexiyanın Škoda avtomobilqayırma nəhəngi Rusiyadakı fəaliyyətini
dayandırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin saytında
yerləşdirilən açıqlamada deyilir.

“Volkswagen konserninin rəhbərliyi (tərkibinə “Şkoda” da
daxildir -red.) Rusiyada avtomobil istehsalını dərhal dayandırmaq
qərarına gəlib. Bu qərar “Škoda”nın Kaluqa və Nijni Novqoroddakı
zavodlarına şamil edilir. Biz eyni zamanda dərhal Rusiyaya
avtomobil ixracını da dayandırırıq”, – deyə açıqlamada
bildirilir.

Qeyd edilir ki, bu tədbirlər müvəqqəti addım kimi
dəyərləndirilir. “Biz hərbi əməliyyatların tezliklə
dayandırılmasına və diplomatiyaya qayıdılmasına ümid edirik”, –
sənəddə deyilir.