Xəbər - Orxan Nəbiyev – Trend:
Çexiyanın “Skoda” avtomobil şirkəti elektron komponentlərin çatışmazlığı ilə əlaqədar sentyabrın 27-dən bir həftə müddətinə istehsal prosesini dayandıracaq.
Trend-in məlumatına görə, bu barədə zavodun həmkarlar ittifaqı bildirib.
Qeyd olunur ki, şirkət ölkə ərazisindəki hər üç zavodda istehsalı dayandıracaq. Fasilənin bir həftə davam edəcəyi gözlənilir.
Bu müəssisələrdə ümumilikdə 34 minə yaxın əməkdaş işləyir.