Rusiyalı aparıcı Olqa Skabeyeva canlı yayımda politoloq Sergey Markovu ələ salıb.
AzerTimes xəbər verir ki, Markov Putinin Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS sammitinə getməkdən imtina etməsini ona qarşı sui-qəsdlə əlaqələndirib.
Politoloqun fikrincə, ABŞ Cənubi Afrika Respublikasının vitse-prezidentini də öz “cinayətinə” şərik qoşub və Putinə qarşı sui-qəsd hazırlayıb:
“BRİKS haqqında çox qısa deyəcəyəm: Putin getmədi, çünki amerikalıların və ingilislərin onu vurması təhlükəsi var. Qərb Cənubi Afrika Prezidentinə tabe olmayan vitse-prezidenti də öz cinayət işinə cəlb edib. Onun Cənubi Afrika Prezidenti ilə münaqişəsi var və ona görə o, belə bir fikrə gəlib. Sonra bütün bunlar üzə çıxıb…”
Aparıcı Skabeyeva Markovun bu yanaşmasını gülərək qarşılayıb və onun sözünü kəsərək efirə reklam fasiləsi verib:
“Bu bir sui-qəsd nəzəriyyəsi idi. Reklam”.
Markov isə əsəbləşərək bunun təmiz həqiqət olduğunu qeyd edib. Skabeyeva yenidən Markovun sözünü kəsərək efirə reklam tələb edib.