Sizin “plan” Rusiyanın planıdır – Podolyak

Sizin “plan” Rusiyanın planıdır – Podolyak

Əgər biz ölkə ərazimizdə hərbi əməliyyatlara indi son versək, bu, Rusiyaya yeni hücumdan əvvəl nəfəs dərməyə imkan verəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Sülhməramlıların müharibədən öz piarları üçün mövzu kimi istifadə etmələri sadəcə təəccüb doğurur. Andres Manuel Lopez Obrador, planınız Rusiyaya yeni hücumdan əvvəl ehtiyatları bərpa etmək üçün vaxt verməkdir? O zaman sizin plan “Rusiyanın planı”dır”, – Podolyak deyib.

Qeyd edək ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador bütün ölkələrin beş il ərzində müharibə və münaqişələrə son qoymağa razı olmasını təklif etmişdi.

Teqlər: