Avropa Donald Trampın ABŞ prezidentliyinə qayıtması ehtimalından şikayət etməyi dayandırmalı və bunun əvəzinə Ukraynaya yardıma diqqət etməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri Niderlandın Baş naziri Mark Rutte deyib.
“Tramp haqqında sızlamağı və inildəməyi dayandırmalıyıq. Buna amerikalılar qərar verəcək. Mən amerikalı deyiləm, ABŞ-da səs verə bilmərəm. Meydanda olanlarla işləməliyik. Son bir neçə gündə davamlı olaraq şikayətlər eşidirəm. Gəlin bunu dayandıraq”, – Rutte bildirib.