Sizdən AB-yə sensasion çağırış: ABŞ-a qarşı birləşək!

Sizdən AB-yə sensasion çağırış: ABŞ-a qarşı birləşək!

Avropa Birliyi birtərəfli zorakılığa qarşı çıxmaq üçün Çinlə qüvvələri birləşdirməlidir.

AzerTimes xəbər verir ki, bunu Çin lideri Si Szinpin Pekində səfərdə olan İspaniya Baş naziri Pedro Sançeslə görüşündə deyib.

“Çin və AB təkcə öz qanuni hüquq və maraqlarını deyil, həm də beynəlxalq ədaləti, qayda və asayişi qorumaq məqsədilə birtərəfli zorakılığa qarşı birgə mübarizə aparmalıdır”, – Szinpin bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq edilməsi barədə qərar verib.

Teqlər: