Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkətinin BİRLink brendi istifadəçilərə daha bir yeni “Virtual ATS” həllini təqdim edir. İstənilən sahənin iri, orta və kiçik sahibkarlına yararlı olacaq bu məhsul rabitə kommunikasiyasının geniş imkanlarından istifadə imkanı yaradacaq. Bu xidmət vasitəsilə şirkətlər müştəri xidmətləri və çoxkanallı “Çağrı Mərkəzi”-in qura bilərlər. Virtual ATS ilə şirkətlər mövcud olan mobil, stasionar və qısa nömrələri vahid şəbəkəyə birləşdirərək müştəri və şirkət arasında olan ünsiyyəti daha effektiv təşkil edə bilərlər. Bu həll ilə, sahibkarlarlar məsafədən və olduqları məkandan asıllı olmayaraq şirkətə gələn zəngləri yaza, yönləndirə və 14 günlük arxivdə saxlamaqla rahat ve çevik idarə etməyə nail olacaqlar. Həmçinin, İP Telefoniya texnologiyasının imkanlarından olan İVR, ağıllı menu, itirilmiş zənglərin qeydiyyatı, növbə sistemi kimi xidmətləri də təqdim edilir.
Zənglərin idarəedilməsi, işlənilmə ssenariləri və ayarlanması çox sadə funksionallığa malik şəxsi kabinetdən aparılır. Xidmətlə bağlı ətraflı məlumatı *1199 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Xatırladaq ki, daima beynəlxalq texnoloji trendləri tətbiq edərək, innovativ yanaşmaları əsasında fəaliyyət göstərən və inkişaf edən ENGİNET şirkəti “BİRLink” brendi altında ilk dəfə olaraq ölkədə FTTH (fiber To The Home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. FTTH-in yaratdığı başlıca üstünlüklərdən biri də abunəçilərə eyni fiber optik rabitə kanalı üzərindən qeyri-məhdud sayda telekommunikasiya xidmətlərinin çatdırılması imkanıdır. Belə ki, FTTH abunəçisi mənzilində mövcud olan bir fiber optik qoşulma sayəsində həm yüksək sürətli optik internetdən, həm də rəqəmsal televiziya, telefoniya və digər bu kimi xidmətlərdən rahatlıqla istifadə edə bilər.