Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə
etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon
sakinləri Rzaqulu Əhmədov və Cəmil Eldarov saxlanılıb. Həmin
şəxslərin üzərlərinə, eləcə də yaşadıqları evlərə baxış keçirilən
zaman narkotik vasitə olan marixuana, psixotrop maddə olan
metamfetamin və güclü təsirediciliyə malik metadon həbi aşkar
olunaraq götürülüb.
Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb,
məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri
seçilib.