Siyəzəndə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin S. Xeyrullayev, 63 ünvanında baş verib.
Belə ki, Siyəzən şəhər sakinləri 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər.
Hər iki şəxs Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.