Siyəzəndə evin damını külək uçurub.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Siyəzən şəhəri, Ərzuman Cabbarov küçəsində yerləşən və vətəndaş Aidə Əsədovaya məxsus evin dam örtüyünün güclü külək nəticəsində yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.