Siyəzəndə dənizdə 3 nəfər batıb.
Bu barədə AzerTimes-aFövqəladə Hallar Nazirliyindən bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, – məlumatda qeyd olunub.