Xəbər - Samir Əli – Trend:
Siyəzən rayonunda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, Siyəzən rayon sakini Amid Abbasov COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.