Siyəzəndə 6 nəfər balıqdan zəhərləndi

Siyəzəndə 6 nəfər balıqdan zəhərləndi

Siyəzəndə ailə üzvləri nərə balığından zəhərlənib.

AzerTimes Report-a istinadən xəbərinə görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakinləri 1988-ci il təvəllüdlü Rahib Əsəd oğlu Quliyev və onun 3 azyaşlı övladı 2008-ci il təvəllüdlü Nazilə Quliyeva, 2010-cu təvəllüdlü Əsəd Quliyev, 2011-ci il təvəllüdlü Türkanə Quliyeva, ailənin qohumu 2014-cü il təvəllüdlü Fizuli Quliyev və 1974-cü il təvəllüdlü Cəbrayıl Süleyman oğlu Abdullayev nərə balığından zəhərləniblər.

Zəhərlənən altı nəfərin hamısı Siyəzən Regional Diaqnostika Mərkəzində çatdırılıblar.

R.Quliyevin və C.Abdullayevin vəziyyətləri ağır olduğundan onlar Respublika Toksikologiya Mərkəzində göndəriliblər. R.Quliyev Bakıda dünyasını dəyişib.

Teqlər: