Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə ölkənin bir çox siyasi simaları iştirak etsələr də, partiyadan olan bəzi şəxslərin, xüsusən millət vəkili Siyavuş Novruzovun mərasimdə yer almaması onun 30 illiyə dəvət olunmadığı haqda iddiaların yayılmasına səbəb olub. Hətta S.Novruzovun tədbirin keçirildiyi zala buraxılmaması barədə də fikirlər səsləndirilib.
AzerTimes xəbər verir ki, Siyavuş Novruzov məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında bu iddiaları təkzib edib:
“Mən YAP-ın sözügedən tədbirinə dəvət edilmişdim. Sadəcə, İspaniyada olduğum üçün orada iştirak edə bilmədim. Necə yəni gəlmişəm, zala buraxmayıblar?! Madriddən gəldim ora?(gülür). Mən 4 gündür ki, Madriddəyəm. Bu axşam Vətənə qayıdacam”.