Siyavuş Novruzov onlara xəbərdarlıq etdi

Siyavuş Novruzov onlara xəbərdarlıq etdi

ABŞ-ın buradakı havadarlarının, vətənə xəyanət edən insanların arzuları baş tutmayacaq.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Cənab Prezidentin Cəbrayılda açılış mərasimində dediyi kimi, Azərbaycanın apardığı tikinti-quruculuq işləri, müstəqil siyasəti çox dövləti narahat edir. Narahat olanlardan biri də ABŞ Konqresidir. ABŞ dünyada baş verən müharibələrdə ya dolayı, ya da birbaşa iştirak edir. Dünyanın hər yerində ABŞ-ın barmağı var. Ölkələrin daxili işlərinə qarışması Amerikanın birbaşa vəzifəsidir. Sırf işğalçılıq, qan tökmə siyasəti ilə məşğul olur. Artıq Cənubi Qafqaza meyil etməyə başlayıb. Əli Kərimli və onun kimilərini qəhrəman kimi təqdim edirlər. Ancaq onların buradakı havadarlarının, vətənə xəyanət edən insanların arzuları baş tutmayacaq”, – deputat qeyd edib.

Teqlər: