Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təxminən yarısı maliyyə hesabatını təqdim etməyib.
AzerTimes-ın məlumatına görə, aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatsa da dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.