Şuşa Bəyannaməsində milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi dəstəklənir.
Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsini yüksək dəyərləndirilir…
AzerTimes-ın məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Siyasi partiyaların Şuşa Bəyannaməsi ilə bağlı bəyanatı, Ermənistanda seçkiqabağı son vəziyyət” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, BMAM-ın sədri, politoloq Rufiz Qonaqov və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ətrafında müzakirə aparıblar.
İnformasiya dəstəkçisi TREND
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: