Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin, habelə tanınmış politoloq və siyasi şərhçilərin Şuşa şəhərinə səfəri təşkil edilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə baş tutmuş Şuşa səfərində ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də təmsil olunub.
AzerTimes-ın məlumatına görə, Rüfət Həmzəyevin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Siyasi partiyalar və nüfuzlu politoloqların Şuşaya səfəri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Dirçəliş Hərəkati Partiyasinin sədri Fərəc Quliyev, politoloq İlyas Hüseynov və Demokratiya və İnsan Hüquqlari Komitəsinin sədri Çingiz Qənizadə mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: