Siyasi fəal Türkiyə-İran sərhədində həbs edildi

Siyasi fəal Türkiyə-İran sərhədində həbs edildi

İki ildir Türkiyədə qannsuz yaşayan iranlı siyasi fəal, keçmiş siyasi məhbus Şəhriyar Bəratiniya avqustun 4-də İrana geri qaytarılıb.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Şəhriyar Bəratiniyanın iyulun 6-da İstanbulda saxlanılaraq, Doğubayəzid şəhərindəki müvəqqəti saxlama məntəqəsinə köçürüldüyü, avqustun 4-də isə gömrükdə İran məmurları tərəfindən həbs edildiyi bildirilir.

O, İranda işçi hərəkatı fəallarından olub və təhlükəsizlik məmurları tərəfindən həbs edildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Onunla birlikdə başqa iranlı qaçqınların da Türkiyədən çıxarıldığı qeyd edilir.

İnsan haqları müdafiəçiləri keçmişdəki fəaliyyətləri və müvvəqqəti sərbəst buraxıldıqdan sonra ölkəni qanunsuz tərk etdiyi üçün Şəhriyar Bəratiniyanın daha ağır cəzalara məhkum ediləcəyi barədə xəbərdarlıq ediblər.

Teqlər: