Rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murza cəzasını çəkdiyi həbsxanadan naməlum istiqamətə aparılıb.
AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıb.
Vəkil iki gündür ki, müvəkkili ilə əlaqə saxlaya bilmədiyini söyləyib.
Vladimir Kara-Murza 3 gündə “itkin düşmüş” səkkizinci siyasi məhbus olub.
Bir gün əvvəl siyasətçi İlya Yaşin, müxalif fəal Kevin Lik, rəssam Daniil Krinari, Navalnının baş qərargahının keçmiş rəhbərləri Liliya Çanışeva və Kseniya Fadeeva, həmçinin rəssam Saşa Skoçilenko və hüquq müdafiəçisi Oleq Orlov qaldıqları həbsxanalardan naməlum istiqamətə aparılıblar. Bundan əlavə, “casusluq”da təqsirli bilinən amerikalı Paul Uilan və “RusNews”un jurnalisti Mariya Ponomarenko ilə əlaqə kəsilib.