Macarıstan Ermənistanda konsulluq açmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında deyib.
“Bu gün mən nazirdən (Ararat Mirzoyan – red.) İrəvanda Macarıstanın konsulluğunun açılmasını xahiş etdim. Ölkələrimiz arasında əlaqəni təmin etmək məqsədilə Budapeşti öz uçuş siyahısına əlavə etmək üçün “Wizz Air” ilə əlaqə saxlayacağıq”, – o bildirib.
O vurğulayıb ki, Macarıstan Qarabağdan Ermənistana könüllü köçən ailələrə yardım kimi 40 milyon forint (110 min dollar) ayırmaq niyyətindədir.
Qeyd edək ki, İrəvan 2012-ci ilin avqustunda Budapeştlə diplomatik münasibətləri dayandırıb. Buna səbəb Budapeştdə həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun Bakıya ekstradisiyası idi.