Macarıstan xarici işlər naziri Peter Siyarto Moskvaya səfər edib.
AzerTimes xəbər verir ki, Siyarto Rusiya baş nazirinin energetika üzrə müavini Aleksandr Novak və Rusiyanın “Rosatom” dövlət nüvə enerji şirkətinin icraçı direktoru Aleksey Lixaçevlə görüşüb.
Görüş zamanı Siyarto Macarıstanın Rusiyanın enerji resurslarına daimi çıxışını təmin etmək üçün yeni sazişlər imzalayıb.
Görüşlərdən sonra keçirilən brifinqdə o, siyasi mülahizələrdən asılı olmayaraq, Rusiyanın enerji resurslarına çıxışın Macarıstanın təhlükəsizliyi üçün həlledici olduğunu vurğulayıb:
“Nə qədər ki, enerji təchizatı məsələsi siyasi və ya ideoloji deyil, istər-istəməz Rusiya ilə əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinin əsas açarı olaraq qalacaq”.