Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır

Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini bildirib.

AzerTimes xəbər verir ki, macarıstanlı nazir bu barədə “Apha News”a müsahibəsində deyib.

“AŞPA həmfikirlərin klubu deyil, burada hamı təmsil olunmalıdır. Əgər bir ölkə ilə bağlı narahatlıq və ya tənqid üçün əsas varsa, onunla birbaşa qarşılaşmalısınız.

Hesab edirəm ki, avropalı siyasətçilər kifayət qədər cəsarətli deyillər. Başqalarının olmadığı yerdə onları tənqid etmək asandır. Niyə bu tənqid elə bilavasitə təşkilatın daxilində edilməsin?” – Peter Siyarto bildirib.

Teqlər: