Sistit – yaz mövsümünün aktual problemi

Sirr deyil ki, yaz fəsli bir çox iltihabi xəstəliklərin baş qaldırması və xroniki proseslərin kəskinləşməsi dövrüdür. Sidik kisəsinin iltihabi xəstəliyi olan sistit də həmçinin istisna deyil. Məlumdur ki, bu dövrdə sistit ilə xəstələnmə halları başqa dövrlərə nisbətən daha artıq olur. Bu da orqanizmin ümumi müqavimətinin azalması fonunda patogen mikrofloranın aktivləşməsi ilə əlaqədardır.

Sistit daha çox qadınlar arasında (80%) rast gəlinir, bu da onların sidik kanalının anatomik quruluşu ilə bağlıdır. İnfeksiya qısa sidik kanalından sidik-cinsiyyət sisteminə daha rahat keçərək iltiha­­­bın yaranmasına səbəb olur. Statistikaya görə hər dörd qadından biri həyatı boyu 1 dəfə olsa da sistit­lə xəstələnir. Kişilərdə bu patologiyaya daha az təsadüf olunur və yalnız 0,5% -də xroniki formaya keçir.

Sistitin yaranmasının əsas səbəbləri: Uroloqlar daha çox aşağıdakı səbəbləri göstərirlər: soyuqlama; “qeyri-uyğun” geyimlər (soyuq mövsümə uyğun olmayan, yüngül geyimlər və ya dar, çanağı sıxan geyimlər); oturaq, az hərəkətli həyat tərzi; şəxsi, əsasən də cinsi gigiyena qaydalarına əməl olunmadıqda; hipovitaminozlar və müxtəlif səbəblərdən yaranan immun sistemin zəifliyi; sidiyi saxlamaq adəti; stress, yorğunluq, yuxusuzluq; menopauza, şəkərli diabet; yeməklərdə çox kəskin, acı ədviyyatlardan istifadə etmək, həmçinin çox qızardılmış yeməklərə üstünlük vermək.

Sistitin əsas əlamətləri: tez-tez və qırıq-qırıq sidiyə getmə; sidik ifrazı zamanı ağrı və göynəmə hissi; pis qoxulu, bulanıq sidik, bəzən sidikdə qan; beldə ağrılar; zəiflik və tez yorulma; temperaturun yüngül qalxması. Bəzən xəstələr bu xəstəliyə barmaqarası baxırlar, mütəxəssisə müraciət etmədən özünümüalicə ilə məşğul olurlar və bununla da xəstəliyin gedişini xroniki edirlər.

Sistitin profilaktikası üçün tövsiyyələr. İlk öncə yuxarıda sadalanan risk faktorlarından uzaq durmaq, gün ərzində 2 litrə qədər su içmək, çay və qəhvə qəbulunu azaltmaq, şəxsi gigiyena qaydalarına əməl etmək, mövsümə uyğun isti geyinmək, dar, çanağı sıxan geyimdən uzaq olmaq, kifayət qədər fiziki aktivliklə məşğul olmaq, vaxtında yatmaq.

Sistitin müalicəsi üçün ənənəvi olaraq antibakterial dərmanlar tətbiq olunur. Bununla belə sidikçıxarıcı yolların istənilən infeksiyalarının müalicəsində əsas məqsəd xəstəliyin xroniki formaya keçməsinin və residivlərin qarşısını almaqdır. Mütəmadi və nəzarətsiz olaraq antibiotiklərin qəbulu, xəstəliyə səbəb olan mikroblarda rezistentlik, yəni davamlılıq yarada bilər. Bu səbəbdən Avropa Uroloqlar Cəmiyyəti antibiotiklərlə müalicəni bitki mənşəli fitopreparatlarla kombinə etməyi məsləhət görür.


Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!

Teqlər: