Mübaliğəsiz, Avropa indi müharibə öncəsi dövrü yaşayır.
AzerTimes xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk “El Pais” nəşrinə müsahibəsində deyib.
“İndi ən qorxulusu odur ki, sözün əsl mənasında istənilən ssenari mümkündür. 1945-ci ildən bu yana belə bir vəziyyətlə rastlaşmamışıq. Mən bilirəm ki, bu, xüsusilə gənc nəslin nümayəndələri üçün üzücü səslənir, lakin biz yeni dövrə psixoloji cəhətdən öyrəşməliyik. Müharibə öncəsi dövrü yaşayırıq, şişirtmirəm”, – Tusk bildirib.