Sisi yenidən prezident olmaq istəyir

Sisi yenidən prezident olmaq istəyir

Misirin hazırkı Prezidenti Əbdülfəttah Sisi növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək.

AzerTimes xəbər verir ki, bu barədə Misir Prezidenti konfransda çıxışı zamanı deyib.

“Əvvəllər misirlilərin çağırışına cavab verdiyim kimi, bu gün də onların çağırışına cavab verirəm. Namizədliyimi irəli sürmək qərarına gəldim”, – deyə o bildirib.

Qeyd edək ki, Misirdə dekabrın 10-12-i tarixlərində prezident seçkiləri keçiriləcək.

Teqlər: