Sisi Ərdoğana zəng etdi: 10 ildən sonra ilk yaşandı…

Sisi Ərdoğana zəng etdi: 10 ildən sonra ilk yaşandı…

Misir Prezidenti Əbülfəttah Sisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki qələbəsi münasibətilə təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Misir Prezidenti seçkinin nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.

Bundan əlavə, tərəflər 2013-cü ildən bəri ilk dəfə olaraq qarşılıqlı şəkildə səfir təyin etmək barədə razılığa gəliblər.

İndiyədək qarşılıqlı əlaqələri müvəqqəti işlər vəkillər tənzimləyirdi.

Teqlər: