Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Misir Prezidenti Əbdülfəttah Sisinin təkbətək görüşündən sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası, sazişlərin imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ərdoğan 12 il sonra Türkiyədə səfərdə olan Sisinin şərəfinə rəsmi şam yeməyi verəcək.
Qeyd edək ki, dövlət başçıları Qəzza məsələsi, Fələstin xalqı üçün sülhün təmin olunması ilə yanaşı, Liviya, Sudan, Somali kimi regional ölkələrdə daimi sabitliyin bərqərar olması istiqamətində müzakirələr aparacaq.