Şirvan şəhərində 12 yaşlı yeniyetmə qızılca xəstəliyindən ölüb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, bir müddət əvvəl qızılca xəstəliyinə yoluxan şəhər sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu ağırlaşmış vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.
O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.