Şirvanda yataqxanada yanğın nəticəsində 4 nəfər zəhərlənib, onlarla sakin təxliyyə edilib

Şirvanda yataqxanada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində bir otağın yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib və 30 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib.


Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: