Şirvanda tikinti materialları mağazasında işləyən fəhlə ağır xəsarət alıb

Aprelin 26-ı saat 22 radələrində Şirvan şəhərində yerləşən
tikinti materiallarının satışı mağazasında fəhlə işləyən 1984-cü il
təvəllüdlü Vüqar Nurəhmədovun xəsarət alması barədə Şirvan şəhər
prokurorluğuna məlumat daxil olub.

Şirvan şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən
tarixdə saat təxminən 17 radələrində Vüqar Nurəhmədov yük
avtomobilindən taxta materiallarının boşaldılmasına köməklik
edərkən boyun nahiyəsinin yükləyicinin tiyəsi ilə taxta arasında
qalması nəticəsində “baş-beyinin kəskin qan dövranı pozğunluğu”
xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət
işi başlanmaqla istintaq davam edir.

Teqlər: