Xəbər - Samir Əli – Trend:
İyunun 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Şirvan şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü Xəyyam Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Fəxrəddin Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xəyyam Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.