Şirvan şəhərində fəhlələr iş prosesində xəsarət alıblar.
AzerTimes Report-a istinadən xəbər verir ki, iş prosesi zamanı “Şirvan OİL” şirkətinin işçiləri, Şirvan şəhər sakinləri, 1965-ci il təvəllüdlü İlyas Ağaməli oğlu Mahmudov və 1973-cü il təvəllüdlü Şamil Əvəz oğlu Şükürovun üzərinə dəmir parçaları düşüb.
Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.