Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan əldə edilən məlumatda bildirilib.
Qəza nəticəsində piyada ölüb. Şirvan şəhər sakini Əlvan Zeynalov İstiqlaliyyət küçəsində “Çeri” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçməkdə olan piyadanı vurub. Piyada, şəhər sakini Sabir Ələkbərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.