Şirvanda elmi-praktik konfrans keçirildi – Video

Şirvanda elmi-praktik konfrans keçirildi – Video

Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Onkologiya Mərkəzi (MOM) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda həyata keçirilən profilaktik müayinə və maarifləndirmə tədbirləri Şirvan şəhərində davam etdirilib.

AzerTimes xəbər verir ki, layihə üzrə oktyabrın 16-də “Süd vəzisi xəstəliklərinin müasir müayinə və müalicəsi“ mövzusunda Şirvan şəhərində elmi-praktik konfrans təşkil olunub.

Konfransda Milli Onkologiya Mərkəzinin mütəxəssisləri və Şirvan şəhəri, Hacıqabul, Salyan, Sabirabad, Saatlı rayonlarında çalışan 70 nəfərə yaxın onkoloq, ginekoloq, terapevt, uroloq və cərrah iştirak edib.

Teqlər: