Şirvanda avtomobil təmiri sexi və bir maşın yanıb

Şirvan şəhərində ümumi sahəsi 1200 m² olan bir dam altında tikilən 8 boksdan ibarət avtomobil təmiri sexinin 3 boksunun (birinin sahəsi 50 m², digərlərinin sahəsi 24 m²) yanar konstruksiyaları 98 m² sahədə və içərisində təmirə dayanan ”Москвич” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Teqlər: