Şirvanda ağır qəza: 5 yaralı var…

Şirvanda ağır qəza: 5 yaralı var…

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: