Şirvan sakininin evindən silah-sursat və narkotik aşkarlandı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər
ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan,
eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin məsuliyyətə
cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam
etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər
dəfələrlə məhkum olunmuş Ağaverdi Qafarov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindəki
yardımçı tikilidən bir ədəd lüləsi kəsilmiş odlu silah, 100 ədəd
“Makarov” markalı tapançaya məxsus 9 mm-lik patron, psixotrop maddə
– metamfetamin, narkotik vasitə – tiryək, eləcə də bir ədəd
elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb saxlanılan şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: