Şirvan sakini qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan AzerTimes-a verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.