Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırski müharibəni Rusiya ərazisinə keçirməyəcək. Onun belə bir məqsədi yoxdur, çünki bununla xüsusi xidmət orqanları məşğul olur.
AzerTimes xəbər verir ki, bunu ukraynalı ekspert Aleksandr Kovalenko deyib.
“Əgər söhbət düşmənin (Rusiya – red.) suveren və müvəqqəti işğal altında olmayan ərazilərdə müəyyən fəaliyyətdən gedirsə, bu, xüsusi xidmət orqanlarına aid olan hərəkətlərdir. Bu, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidmətinin funksiyasıdır. Sırski isə baş komandan kimi bütün təhlükəsizlik qüvvələri ilə birbaşa əlaqə saxlayır”, – Aleksandr Kovalenko bildirib.
O qeyd edib ki, Rusiya ərazisində müəyyən əməliyyatların aparılması qaçılmazdır.