Sırski rus həmkarını yenə aldatdı – Ekpsert

Sırski rus həmkarını yenə aldatdı – Ekpsert

Oxşar proseslərin Belqorod və ya Bryansk vilayətlərində də baş verəcəyi istisna deyil. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski rusiyalı həmkarı Valeri Gerasimovu növbəti dəfə aldatdı.

AzerTimes xəbər verir ki, bu sözləri hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov Kursk vilayətində hücum əməliyyatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Kursk vilayətində vəziyyətin inkişaf tendensiyası birbaşa resurs amilindən asılı olacaq:

“Və burada sual yaranır: Rusiya ordusu Kurskda Ukraynanın hərbi mövcudluğundan xilas olmaq üçün on minlərlə şəxsi heyət tapmağa qadirdirmi? Axı, diqqət yetirin, burada və indi Ukrayna ordusu müəyyən reyd və axtarış əməliyyatları keçirməklə yanaşı, mühəndis-istehkam tədbirləri görür – səngərlər, sığınacaqlar, uzunmüddətli atışma məntəqələri hazırlayır, mərmilərə qarşı müdafiə formasında mühəndis səddi, şəxsi heyət və tank əleyhinə mina sahələri və s. yaradır. Və bu o deməkdir ki, bu xəmir çox su aparacaq”.

O, Ukrayna ordusunun hərəkətlərinin təşkilinə də diqqət çəkib:

“Bu, inanılmaz ardıcıllıq və dəstək səviyyəsindədir. Artilleriya dəstəyi, elektron müharibə, sabit rabitə, hava hücumundan müdafiə sistemləri düşmənin əvvəlki intensivlikdə aviasiya komponentindən aktiv istifadəsini qeyri-mümkün edir”.

Ekspert bildirib ki, Rostovda, Xerson vilayətinin cənubunda və ya işğal olunmuş Krımda Rusiya Baş Qərargahı üçün sürpriz baş verə bilər:

“Hər halda, Rusiya ordusu indi Ukrayna ordusunun asimmetrik hərəkətləri üzərində düşünməyə məcburdur. Və əminəm ki, gələcəkdə daha çox olacaq. Düşmən indi yol ayrıcındadır. Döyüş meydanında 10 gün əvvəl olduğundan əsaslı şəkildə fərqlənən reallıqlar var. Bu fürsət pəncərəsindən istifadə edərək, düşünürəm ki, Ukrayna qüvvələri hələ də Kursk bölgəsində çoxlu problemlər yaradacaqlar. Və sonra çox güman ki, onlar bu hərəkətlər çərçivəsində Rusiya qüvvələrinin və vasitələrinin onsuz da məhdud olan potensialını maksimum dərəcədə zəiflətmək üçün manevr edə bilən müdafiəyə keçəcəklər”.

Teqlər: