Sirr deyil, “Vaqner” Afrikada və Belarusdadır

Sirr deyil, “Vaqner” Afrikada və Belarusdadır

“Vaqner” yeni muzdluların işə qəbulunu qeyri-müəyyən müddətə dayandırdığını rəsmən elan edib.

AzerTimes xəbər verir ki, bu barədə “Vaqner”in Teleqram kanalında məlumat yayılıb.

Bildirilir ki, hələlik yeni əməkdaşlara ehtiyac yoxdur:

“Vaqner”in böyük kadr ehtiyatı olduğundan hazırda yeni işçilərə təcili ehtiyac yoxdur. Şirkətin regional işə qəbul mərkəzlərinin işi qeyri-müəyyən müddətə dayandırılır”.

Qeyd edək ki, “Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojin də yeni muzdluların işə götürülməsini dayandırdığını təsdiqləyib. O, bu barədə şirkəti ilə əlaqəli Teleqram kanalında dərc edilmiş audio şərhində bildirib:

“Sirr və pərdəarxası söhbətlərdən qaçmaq üçün sizə bildirirəm ki, “Vaqner” Afrikada, eləcə də Belarusdakı təlim mərkəzlərində fəaliyyətini davam etdirir. Hazırda hərbçilərin əksəriyyəti məzuniyyətdədir”.

Teqlər: