Şirkətdən 48 min manatlıq oğurluqda ittiham olunan 7 nəfər bəraət alıb

Xəbər - Samir Əli – AzerTimes:

Bu gün İmişli Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən 7 nəfərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə vəkili Vasif İsrafilov bildirib.

Vəkil qeyd edib ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə bütün şəxslər barəsində bəraət hökmü çıxarıb.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslər – Daxil Bəyişov, İsa Abbasov, Sadiq Ağayev, Fərid Musayev, Elxan Əsədov, Vasif Şükürov və Vasif Nəsirovun cinayət işi üzrə məhkəmə araşdırması hakim Ülvi Qənbərovun sədrliyi ilə baş tutub.


Məhkəmə adı çəkilən şəxslərin günahsız olduğu qənaətinə gəlib və onlar barəsində bəraət hökmü çıxarıb.

Təqsirləndirilən şəxslər “Qida Aqro” MMC-dən 48 000 manatlıq oğurluq etməkdə ittiham olunurdular.

Teqlər: