Şirkət rəhbərinin üzünə tort

Şirkət rəhbərinin üzünə tort

Avstraliya hava yolu şirkətlərinin birinin rəhbərliyinin keçirdiyi mətbuat konfransında qəribə hadisə baş verib.

“Qantas” hava yolu şirkətinin CEO-su Alan Joyce kürsüdə çıxış edən zaman etirazla qarşılaşıb. Həm də tortlu etirazla.

Onun yanına yaxınlaşan bir kişi əlindəki tortu Joycenin üzünə çırpıb. Şirkət rəsmisi baş verənlərdən sonra qısa müddətli şok yaşasa da, ilk olaraq eynəyini çıxarıb. Sonra isə etirazla bağlı zarafatlar edərək çıxışına davam edib.

“Bir hava yolu şirkətinin CEO-su olanda çox şeyə şahid ola bilərsiz. Amma bu çox fərqli oldu. Çox hissəsi gözüm olan hissəyə düşdüyü üçün dadına baxa bilmədim”. Bundan sonra o tamaşaçılardan yaxınlıqda quru təmizləmə mərkəzi tanıyıb-tanımadıqlarını soruşub.

Etirazın səbəbi və etirazçının kimliyi açıqlanmayıb.