Nə qədər qəribə görünsə də, 808 dəfə növbə işinə çıxmayan əməkdaş məhkəmədə vaxtilə işlədiyi şirkətə qalib gəlib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin Kasl-Bromviç qəsəbəsindəki avtomobil zavodunda işləyən, lakin 808 növbə işini buraxdığı üçün işdən qovulan Vik Rambold adlı əməkdaş şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
Zavodda 20 illik iş stajına malik olan Rambold bu müddətdə özünə 808 xəstəlik tarixçəsi açdıraraq, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə 95 min funt sterlinq müavinət alıb.
Davamlı olaraq işdən qaldığı üçün 2018-ci ildə zavoddan qovulan Rambold məhkəməyə üz tutub və qalib gələrək, işinə bərpa edilib. Maraqlıdır ki, o, bu qələbəyə görə şirkətdən əlavə təzminat da alacaq.
www.yenicag.az