Sirk gimnastı hündürlükdən belə yıxıldı – Video

Sirk gimnastı hündürlükdən belə yıxıldı – Video

Rusiyanın Barnaul şəhərində sirk gimnastı çıxış zamanı hündürlükdən yıxılıb.

AzerTimes xəbər verir ki, o, Barnaul sirkinin arenasına düşüb.

Məlumata görə, hazırda gimnast qız xəstəxanadadır. Həkimlər ona qol sınığı və beyin silkələnməsi diaqnozu qoyublar.

Ehtimal olunur ki, qız mürəkkəb akrobatik nömrənin ifası zamanı lenti saxlaya bilməyib və tamaşaçıların gözü qarşısında yıxılıb.

Zərərçəkənin vəziyyəti barədə ətraflı məlumat verilmir.

Teqlər: