Şirazda bələdiyyə başçısı öldürüldü

Şirazda bələdiyyə başçısı öldürüldü

İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərinin 5-ci bölgəsinin bələdiyyə başçısı Rza Məsudi öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

İlkin araşdırmalara görə, Məsudinin şəxsi mənzilində baş verən qarşıdurma nəticəsində qətlə yetirildiyi təsdiqlənib.

Hadisənin təfərrüatı, qarşıdurmanın səbəbi və kimlərlə baş verdiyi barədə açıqlama verilməyib.

Teqlər: