Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz
dərəcələrinin, ölkəyə idxal edilən spirtli içkilərin və tütün
məhsullarının vergi rüsumlarının artırılması həmin məhsulların
balaşmasına səbəb olacaq.
Bu barədə Trend-ə iqtisadçı-ekspert Xalid Kərimli
açıqlamasında deyib.
“Siqaretlərdə min ədəd üçün aksiz vergisi əvvəlki 43 manatdan
46,5 manata qaldırılıb. Bu da bir qutu siqaretdə 35 qəpik artım
deməkdir. Bu isə siqaretlərin markasından asılı olaraq 35,50 qəpik
bahalaşmaya gətirib çıxaracaq. Elektron siqaret və qəlyanlara
tətbiq edilən aksizlər də həmin məhsulların qiymətini
bahalaşdıracaq. Bundan başqa spirtli içkilərin də qiymətində artım
gözlənilir. Əvvəl 80%-lik spirtin bir litrinə aksiz 5,20 qəpik
idisə, hazırda 6 manatdır. Bu da spirtli içkilərin qiymətinin 1
manata qədər artmasına gətirib çıxaracaq”, – X.Kərimli deyib.
Onun sözlərinə görə, dövlət tütün məhsulları və alkoqollu
içkilərdən istifadəyə məhdudiyyət qoymaq məqsədilə aksiz dərəcəsini
artırır.