Ölkənin qabaqcıl tütün məmulatları istehsalçısı olan Tabaterra QSC-də tütün məmulatlarının istehsalı və təminatı ilə bağlı hər hansı bir problem yoxdur.
Bu barədə AzerTimes-a Tabaterra QSC-dən məlumat verilib.
“Qeyd edirik ki, ictimaiyyətdə qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhsullarda heç bir qiymət artımı baş verməmişdir”, – deyə məlumatda qeyd olunub.